Almaniya `erməni soyqırımı`nı tanıyacaqmı?


19:01     16 May 2016 almaniya%20parlamenti.jpg

Almaniya parlamenti qondarma erməni soyqırımını rəsmi şəkildə tanımağa hazırlaşır.


Almaniya Federativ Məclisin rəsmi internet saytında yer alan xəbərə görə, 101 il əvvəl ermənilər və digər xristian azlıqların soyqırımlarının anılmasına dair təklif iyun ayının 2-də müzakirə olunacaq.

Femida.az Türkiyə mətbuatın istinadən bildirir ki, təklif Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı, Almaniya Sosial Demokrat Partiyası və Yaşıllar Partiyası tərəfindən hazırlanıb.
Mövzu ilə bağlı alman siyasətçilər də fikirlərini bildiriblər.

Yaşıllar partiyasının həmsədri Özdəmir “Buna görə Ankara ilə problem yaşaya bilərik. Ancaq təzyiqlərə baş əymərik” deyib.

Qeyd edək ki, Almaniya Federativ Məclisində ilk dəfə keçən il bu mövzu ilə bağlı təklif irəli sürülmüş, ancaq razılıq əldə edilməmişdi. Federal hökumət “soyqırım” ifadəsi işlətməkdən çəkinsə də, Almaniya prezidenti Yoahim Quak və Federativ parlamentin sədri Norbert Lammert soyqırım məfhumunu açıqca dilə gətirmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1145